Şeirində Şimali Koreyanı təriflədi, 14 ay həbs cəzası aldıbackend

Şimali Koreya üçün yazılmış şeir Cənubi Koreyada böhrana səbəb olub.

Şimali Koreyanın təbliğatını aparan “Uriminzokkiri” rəsmi internet saytının təşkil etdiyi müsabiqəyə Cənubi Koreya vətəndaşı olan 68 yaşlı Li Yoon Seop Şimali Koreya rejimini tərifləyən şeirlə qatılıb. Li sayta göndərdiyi “Birləşmə vasitələri” şeirində Cənubi və Şimali Koreyanın “Şimal” üslubunda sosialist sistemində birləşdiyi təqdirdə pulsuz mənzil, tibbi xidmət və təhsilin mümkün olacağını bildirib.

“Milli Təhlükəsizlik” Şimali Koreyanın ictimaiyyət tərəfindən təriflənməsini qadağan edən qanuna əsasən, Li Rayon Məhkəməsi tərəfindən günahkar bilindiyini söyləyib.

Məhkəmə qərarın daha əvvəl oxşar cinayətə görə 10 ay həbs cəzası alan Li Yoon Seopun “Şimali Koreyanı tərifləyən təbliğat hazırlamağa və yaymağa davam etdiyi” əsası ilə verildiyini açıqlayıb.

Li Yoon-Seopun 2016-cı ildə Şimali Koreyada keçirilən bir yarışmada mövzusu olan şeirlə mükafatı qazandığı öyrənilib. 2013-cü ildə internetdə Şimali Koreya ordusunu tərifləyən şərhlər edən şəxsin sonrakı illərdə də Cənubi Koreyadakı internet saytlarında dövlət əleyhinə yazılar dərc etməyə davam etdiyi də bildirilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal