Bu gün Şəki Regional Mədəniyyət İdarəsinin rəisi, Mirvari Zeynalovanın təşəbbüsü ilə Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində “Yollar qaytarar səni” adlı dramatik pyes səhnələşdirilib.
Tamaşa 44 günlük Vətən Muharibəsinə həsr olunub.
Tamaşada l və ll Qarabağ muharibəsinin qaziləri və hərbiçilər iştirak ediblər.
“YeniGündəm” xəbər verir ki ,Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tamaşada hərbi xidmətdə olan Ümid adlı gəncdən, onun nigaran qalmış anası və nişanlısının ətrafında cərəyan edən hadisələrdən, şanlı Ordumuzun Qələbə əzmindən və müharibənin insanlara gətirdiyi faciələrdən bəhs olunur.
Tamaşanın rejissoru Elvin Nüsrətoğlu, əsərin müəllifi Elvin Nuridir.
Tamaşada rolları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Xalq Teatrı”nın aktyorları Rəşad Rüstəmov, Aytən Xəlilzadə, Jalə Abdullayeva, Şahmar Əsədov, Natiq Məmmədov, Cavidan Əlizadə və başqaları ifa ediblər.