Şəkidə qadın sirkə turşusundan zəhərləndibackend

Şəkidə bir uşaq anası sirkə turşundan zəhərlənib. 

“Yeni Gundem”e daxil olan məlumata görə, rayonun kiçik Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Gülzadə Qalib qızı Rəsulova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı G. Rəsulovanın yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. G. Rəsulovaya lazımı tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.