Şəki sakini müəmmalı şəraitdə ölüb.
“Yeni Gündem”in məlumatına görə, gecə saatlarında Şəki şəhəri Noxabi 14 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Yusif Yaşar oğlu Əliyev qəfildən ölüb.
İlkin araşdırma zamanı Y. Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiziyasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.