Səkkiz nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldıbackend

Serbiya polisi 8 nəfərin qətlə yetirilməsi və 13 nəfərin yaralanması ilə nəticələnmiş silahlı hücumu törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Serbiyanın dövlət telekanalı RTS məlumat yayıb.

Bildirilib ki, hücumu törətməkdə şübhəli bilinən 21 yaşlı kişi Uros B. paytaxt Belqraddan təxminən 60 kilometr məsafədəki Kraqujevaç şəhəri yaxınlığında saxlanılıb.

Məlumata görə, gecə boyunca davam edən axtarışlarda Serbiyanın Xüsusi Təyinatlı Qüvvələrinin 600-dən çox üzvü iştirak edib.

Qeyd edək ki, bu, son 2 gün ərzində Serbiyada törədilmiş ikinci kütləvi qırğındır. Mayın 4-də baş vermiş silahlı insident zamanı 13 yaşlı məktəbli oxuduğu məktəbdə 8-i şagird olmaqla 9 nəfəri qətlə yetirib, daha 6 nəfər və bir müəllim isə insident zaman yaralanıb./APA