Hindistanın cənubundakı Tamil Nadu ştatında daşqın nəticəsində 31 nəfər ölüb.
Hindistanın Tamilnadu ştatında güclü yağış daşqınlara səbəb olub. Yaşayış məntəqələrini su bassa da, bəzi yollara ciddi ziyan dəyib.
Hindistanın maliyyə naziri Nirmala Sithraman verdiyi açıqlamada son bir həftədə şiddətli yağış və daşqınlar nəticəsində 31 nəfərin həyatını itirdiyini açıqlayıb.
Sithraman ölənlərin sayının arta biləcəyini ifadə edərkən, indiyə qədər 40 mindən çox qapalı qalan adamın xilas edildiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.
Yardım işlərində iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinin personalı evlərində qapalı qalanlara vertolyotdan qida paketləri atıb.
Meteorologiya xidməti ölkə ərazisinə mövsümi normadan artıq yağıntının daxil olduğunu və yağıntıların daha 5 gün davam edəcəyini bildirib.
Mənbə: TGRT
Aynur Camal