Şəmkirdə qətlə yetirilən qadının kimliyi məlum oldu – Yenilənibbackend

Şəmkir şəhərində qətl törədilib.

“Yeni Gündəm” “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə qadının (ad və soyad dəqiqləşdirilir-red) boğazı kəsilərək qətlə yetirilib. İlkin məlumat görə, hadisəni onun əri törədib.

Faktla bağlı araşdırma aparılır.

**

Şəmkirdə öldürülən qadının kimliyi məlum olub.

“Yeni Gündəm” məlumatına görə, qətlə yetirilən şəxs 26 yaşlı Məmmədova Nailə Allahyar qızıdır.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır