Sentyabırın 1-dən sonra karantin rejimi ləğv olunmalıdırbackend

“Sentyabırın 1-dən sonra rayonlara gediş-gəlişin açılması, toyların keçirilməsinə icazə verilməlidir”.

Bunu professor Adil Qeybulla deyib. Professor bildirib ki, insanlar 6 aydan yuxarıdır ki, gözləyirlər:

“Bu işlərin formatını düşünmək lazımdır. Hansı formarda toylar baş tutacaq, qapalı mühitdə insanlar necə davranacaq və s. kimi sualların cavabları verilməlidir”.

Adil Qeybulla hesab edir ki, bundan sonra müxtəlif bəhanələrlə insanları “evdə qal”a qayıtmaq onların əsəb sistemi ilə oynamaq deməkdir:

“Bu, onları böyük bir depresiyaya məruz qoymaqdır. Əksinə, maarifləndirici tədbirlər həyata keçirmək lazımıdr ki, insanlar öz həyatlarını qura bilsinlər. Qadağaların hamısı ləvg olunmalıdır. Karantin davranışlarına isə ciddi əməl olunmalıdır”.Qaynarinfo