Serbiya bayraqlarını qarışdırdı! Meloni üçün böyük şok.
İtaliyanın baş naziri Giorgia Meloni Serbiyanın paytaxtı Belqrada rəsmi səfər edib. Hava limanında Serbiya prezidenti Aleksandr Vuçiç tərəfindən gül-çiçəklə qarşılanan Meloni ziyarəti üçün Belqradın hava limanında və küçələrində bayraqlar asılıb.
Lakin Serbiya tərəfi bayraqları qarışdıraraq Belqradda İtaliya bayrağı əvəzinə Macarıstan bayrağını dalğalandırıb.
Serbiya tərəfi ənənəvi olaraq digər xarici dövlətlərin rəsmilərinin keçirdiyi rəsmi təmaslar zamanı paytaxt Belqradın küçələrində, magistral yollarda və Serb sarayının qarşısında ölkələrin bayraqlarını asır.
İtaliyanın baş naziri Meloni səfəri zamanı Serbiya Prezident Sarayının qarşısında İtaliya bayrağını dalğalandırmaq istəyən Serbiya tərəfi bayraqların rənglərinin yerini gözdən qaçırıb və Meloni “bayraq şoku” yaşayıb.
İtaliya bayrağında şaquli düzülən yaşıl, ağ və qırmızı rənglər Macarıstan bayrağında üfüqi şəkildə yerləşdirilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal