Serbiyada zorakılıq etirazları artdıbackend

Serbiyada ötən ay 9-u uşaq olmaqla 18 nəfərin öldüyü iki silahlı insidentlə əlaqədar paytaxt Belqradda xalq silahlı zorakılığa qarşı beşinci dəfə küçələrə çıxıb.Bu artıq paytaxt Belqradda qırğınlardan sonra beşinci aksiyadır ki, insanlar kütləvi şəkildə toplaşıb.

“Yeni Gundem” xəbər verir ki, nümayişçilər hökumətin atdığı addımları qeyri-kafi hesab etdiklərini bildiriblər. Aksiyada “Serbiya zorakılığa qarşı” şüarları səsləndirilib, prezident Aleksandr Vuçiç istefaya çağırılıb.

Serbiya atışmalardan sonra ölkədəki silahların sayını azaltmaq üçün genişmiqyaslı kampaniyaya başlayıb.

Avropada ən yüksək fərdi silahlanmaya malik ölkədə həftələr ərzində on minlərlə silah dövlət tərəfindən alınaraq toplanıb.

Mənbə: İLKHA

Aynur Camal