Sergey Şoyqu: “Bütün hücumların qarşısını aldıq”backend

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin bütün hücumlarını dayandırıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə, Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, üç gün ərzində Kiyev çoxdan vəd edilmiş hücuma başlayıb, çoxlu sayda canlı qüvvə və texnikanı cəbhənin müxtəlif sektorlarında cəmləyib lakin rus qoşunları bütün hücumların qarşısını alıb.

“Hücum cəhdlərinin qarşısı alındı, düşmən dayandırıldı, rus əsgər və zabitləri döyüşlərdə şücaət və qəhrəmanlıq göstərdilər. Yenə deyirəm, düşmən öz məqsədlərinə çatmadı, xeyli və misilsiz itkilər verdi”, – deyə Müdafiə Nazirliyinin rəisi vurğulayıb.

O xatırladıb ki, iyunun 4-də Ukrayna Silahlı Qüvvələrinin 23 və 31-ci mexanikləşdirilmiş briqadalarının qüvvələri beş istiqamətdə hücuma cəhd edib. Ukrayna onların heç birində uğur qazana bilmədi, xeyli itki verib: 300 hərbi qulluqçu, 16 tank, 26 zirehli döyüş maşını, 14 texnika.

İyunun 5-də isə Ukrayna Silahlı Qüvvələri 1600-dən çox hərbçi, 28 tank, o cümlədən səkkiz “Leopard” və üç təkərli AMX-10 tankı, 136 ədəd digər hərbi texnikanı itirib.

Şoyqu qeyd edib ki, üç gün davam edən hərbi əməliyyatlarda Ukrayna Silahlı Qüvvələri 3715-ə qədər hərbçi, 52 tank, 207 zirehli texnika, 134 texnika, beş təyyarə və iki helikopter itirib.
“Təəssüf ki, biz də itkisiz qalmadıq. Ümumilikdə Qoşunların Birgə Qrupunda düşmənin hücumunun dəf edilməsi zamanı 71 hərbçi şəhid olub, 210 hərbçi yaralanıb. 15 tank, doqquz piyada döyüş maşını, iki avtomobil və doqquz silah vurulub”, – nazir bildirib.

Şoyqu yekunda vurğulayıb ki, Xersonda gedən döyüşlər, terror aktı böyük bir ərazinin su altında qalmasına səbəb olub və ətraf mühit üçün ciddi nəticələrə gətirib çıxaracaq.

Mənbə: mail.ru

Aynur Camal