Sərnişin dolu avtobus xəndəyə düşdübackend

Nigeriyanın Kaduna əyalətində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfərin öldüyü bildirilib.

Nigeriya Milli Yol Təhlükəsizliyi Kaduna əyalətinin direktoru Kabir Nadabo verdiyi açıqlamada sərnişin avtobusunun Kaduna-Kano şossesində xəndəyə düşdüyünü bildirib.

Nadabo qeyd edib ki, qəza nəticəsində 16 nəfər ölüb, 4 nəfər yaralanıb. Müalicə altında olan yaralılardan bəzilərinin sağlamlıq vəziyyətinin ağır olduğunu bildirən Nadabo, ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal