Braziliyanın şimal-şərqindəki Bahia ştatında sərnişin qayığının aşması nəticəsində 8 nəfər ölüb.
Dövlət Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamaya görə, Todos os Santos körfəzində hərəkət edən sərnişin qayığı həddindən artıq sıxlıq səbəbindən çevrilib.
Axtarış-xilasetmə işləri davam edir.
Braziliya mətbuatında yer alan xəbərdə sərnişin qayığında dava olduğu və qayığın batdığı, ölənlərin sayının artacağına dair narahatlıqların olduğu paylaşılıb. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Mənbə: TrtHaber
Aynur Camal