Sərt karantin rejimi uzadılır? – RƏSMİ AÇIQLAMAbackend

İyulun 20-dən sonra sərt karantin rejiminin yumşaldılması ilə bağlı hər hansı məlumat yoxdur.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışarkən deyib: “Hələlik bir şey deyə bilmərəm. Olanda məlumat veriləcək”.

 

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah iyul ayının 20-nə kimi ölkədə sərt karantin rejiminin uzadılması haqda qərar verib.Qaynarinfo