2012-ci ildə İngiltərə lotereyasında 148 milyon funt sterlinq qazanan Gillian Bayford bununla xoşbəxt olmadığını, xoşbəxtliyi pulda tapa bilmədiyini demişdi.Birinci əri Adrian Bayforddan ayrılan Gillian, yeni əri Brian Deansnin fırıldaqçı olmasının şokunu yaşadı.
Belə ki, İngiltərədə Gillian Bayford adlı qadın 2012-ci ildə lotereyada 148 milyon funt sterlinq udanda sonra o yenidən ərə gedir. Əvvəlcə yaxşı gedən evlilik daha sonra ərinin xərclərinə görə dalana dirəndi.
Xoşbəxt xanım 148 milyon funt-sterlinq sərvətini avtomobillərə, bayramlara, saatlara və əri Deans üçün beşulduzlu futbol səfərlərinə xərcləyib.
51 yaşlı qadın puluna tez alışan Deanslar üçün sərvətlərini xərcləməli oldu.
Gilianın dostları, “Brian Gillianı bankomat kimi görürdü, başqa bir şey deyil. Əgər bu şəkildə davam etsəydilər, o, sındırıla bilərdi” şərhini verdi.
Deans və onun ailəsinin 2012-ci ildə Tesco zəncir supermarketini 13.500 funt sterlinq aldatdığı üçün həbs olunduğu öyrənilib.
The Sun-a görə O, mağaza vasitəsilə saxta müştəri pulu verərək minlərlə insanı aldadıb və 6 ay həbs cəzası alıb.
Mənbə: EnSonHaber
Aynur Camal