Sevilin intihardan öncə son görüntüsübackend

Xəzər TV bir neçə gün əvvəl intihar edən 20 yaşlı Sevil Atakişiyevanın özünə qəsd etdiyi ünvanda olub.

“Qafqazinfo”nun məlumatına görə, süjetdə bildirilir ki, S. Atakişiyeva Xətai rayonu Yeremenko küçəsində çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü atıb.

Bina sakinlərinin bildirdiyinə görə, o mühafizəçiləri aldadaraq içəri keçib və 4-cü bloka daxil olub. Daha sonra isə 20-ci mərtəbəyə çıxaraq özünü atıb. S. Atakişiyeva sakinlərdən birinin avtomobilinin üzərinə düşüb. Bildirilir ki, gənc qız qeyd edilən ünvanda yaşamayıb.

Xatırladaq ki, sözügedən süjetdə mərhumun atası, anası və nənəsi onun intiharıyla bağlı açıqlama veriblər.

Video Player