Sevinc Süleymanova: Məqsədimiz uşaqlara yol hərəkəti qaydalarını kiçik yaşlardan öyrətməkdirbackend

Bu gün  “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 28 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Məktəbin ibtidai sinif müəllimi Sevinc Süleymanova “Yeni Gündəm”-ə açıqlamasında bildirdi ki, tədbir “Yol hərəkəti qaydalarını öyrənək və əmək edək” mövzusunda keçirilib:
“Məqsədimiz uşaqlara yol hərəkəti qaydalarını kiçik yaşlardan öyrətmək, təbliğ etmək və onların yeni biliklər öyrənməsini təmin etməkdir.

Düşünürəm ki, bunun öhdəsindən yetərincə gəldik. Bu qaydalar bizim həm də digərlərinin həyatını qorumaqda bizə köməklik edir
Hesab edirəm ki, uşaqlar bu tədbirdən çox şey öyrəndilər və gələcək həyatlarında istifadə edəcəklər”.

Yenigundem.az