“Şeyx Xəmzət” “Sabirabadlı Hikmət”in qardaşı oğluna “vor” adı verir – “Lotu Quli” sağlığında etiraz etmişdibackend

Mərhum Hikmət Sabirabadskinin qardaşı oğluna qanuni oğru titulu veriləcək. 

Gundem.az-a daxil olan məlumata görə, bu, Antalyada baş tutacaq. Məmqulu Muxtarovun taclandırılmasında məşhur qanuni oğru, Rövşən Lənkəranskinin ən yaxın adamı olan Şeyx Həmzət də iştirak edəcək. Məmdquluya  oğru adnın verilməsinin təşəbbüskarı da məhz Həmzatdır.

Xatırladaq ki, Xamzat Qastamirov 22 aprel 1975-ci ildə Çeçenistanın paytaxtı Qroznıda anadan olub. Kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınır. 

O, hazırda Almaniyanın paytaxtı Berlində yaşayır. İndiyədək Bakıda, Moskvada və yaşadığı Berlində həbsdə olub. Bayıl türməsində Azərbaycan dilini öyrənib. Azərbaycanda sonuncu dəfə 2016-cı ilin avqustunda, Türkiyənin İstanbul şəhərində qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin yas mərasimində görünüb.

O, dəfn mərasimindən qayıdarkən Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, heç bir təqsiri olmadığından sərbəst buraxılıb. Hazırda oğru aləminin Avropa kassasının nəzarətçisi kimi tanınır, Şeyx Xamzat Rövşən Canıyevin mənəvi qardaşı və varisi hesab olunur.

Təsadüfi deyil ki, Lənkəranskinin vəfatından sonra onun mülklərinə nəzarət məhz ona keçib.

Bir məqamı da qeyd edək ki, hələ bir neçə il əvvəl Türkiyədə məşhur kriminal avtoritet “Kor Hüseyn” iki nəfərə “qanuni oğru” adı vermək istəmişdi. “Kor Hüseyn” öz ad günündə İlyuxa Qaqauzski və Məmədqulu Muxtarova “qanuni oğru” adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib.

Həmin vaxt “Lotu Quli” “Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya “qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb. “Quli”nin hədəsindən sonra “Kor Hüseyn” taclandırmanı təxirə salmışdı.