Şiddətli qar fırtınası nəticəsində ölənlərin sayı artmaqdadırbackend

ABŞ-da bir həftədir davam edən şiddətli qar fırtınası nəticəsində ən azı 41 nəfər həyatını itirib. Təkcə Tennessi ştatında soyuq hava ilə əlaqədar 14 nəfərin öldüyü açıqlanıb.

ABŞ rəsmiləri yanvarın 12-dən bəri Arkanzas, İllinoys, Kanzas, Missisipi, Nyu-York, Oreqon, Pensilvaniya, Tennessi və Viskonsin ştatlarında qütb soyuqluğundan ən azı 41 nəfərin öldüyünü açıqlayıb.

Ən çox insan itkisi 14 nəfərlə Tennessi ştatında qeydə alınıb.

Tennessi ştatının səhiyyə rəsmiləri, “Tennessi Səhiyyə Departamenti hava şəraiti ilə əlaqədar 14 ölüm faktını təsdiqləyir” deyərək ölümləri təsdiqləyib.

Tennessi Highway Patrol də fırtınanın yüzlərlə yol qəzasına səbəb olduğunu bildirib.

Nyu York valisi Kathy Hochul, Buffalo bölgəsində şiddətli qar fırtınası səbəbiylə təşkil edilən mətbuat konfransında, “Bu qar fırtınası əsrlər boyu davam edəcək bir qar fırtınasıdır. Bu, şübhəsiz ki, əsrin çovğunudur” deyib.

Yerli rəsmi Mark Poloncarz, fırtınadan sonra 3 nəfərin öldüyünü və bölgədə səyahət qadağasının dünəndən etibarən qaldırıldığını bildirib.

Vaşinqton ştatında ölkə daxilində temperaturun donma nöqtəsindən xeyli aşağı düşdüyü dörd gün ərzində hipotermiya səbəbiylə 5 nəfərin öldüyü açıqlanıb. Pensilvaniyanın şimal-şərqində avtomobilin sürüşməsi nəticəsində baş verən qəzada 5 nəfər ölüb.

Mənbə: hurriyyət.tr

Aynur Camal