Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların Polis Qərargahına hücumu nəticəsində yaranan qarşıdurmada 2 polis əməkdaşı həlak olub, 3 polis əməkdaşı yaralanıb, 1 yaraqlı isə zərərsizləşdirilib. Geo News televiziyasının xəbərinə görə, yaraqlılar Hayber Paxtunxva əyalətinin Tank bölgəsində Polis Qərargahına hücum ediblər. Baş verən qarşıdurmada 2 polis əməkdaşı həlak olub, 3 polis əməkdaşı yaralanıb, 1 yaraqlı isə zərərsizləşdirilib.
Bu il ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb. İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.
Dekabrın 12-də Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində bomba yüklü avtomobillə təhlükəsizlik məntəqəsinə həyata keçirilən kamikadze hücumunda 23 əsgər şəhid olub, 6 yaraqlı isə zərərsizləşdirilib. Eyni bölgənin müxtəlif bölgələrində baş verən qarşıdurmalarda 2 əsgər həyatını itirib, 21 silahlı isə zərərsizləşdirilib. Hücumu Pakistan Talibanına (TTP) bağlı “Tehreek-e-Cihad Pakistan (TJP)” adlı təşkilat öz üzərinə götürüb.
Mənbə: TGRT
Aynur Camal