İsveçrənin Valais bölgəsindəki Sion şəhərində silahlı hücum baş verib. Polisdən verilən açıqlamada təcavüzkarın 2 fərqli nöqtədə atəş açması nəticəsində 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
Açıqlamada, ilkin araşdırmaya görə, 36 yaşlı təcavüzkarın atəş açdığı şəxsləri tanıdığı və həmin şəxsin tapılması üçün əməliyyata başlanıldığı bildirilib.
Təxminən 9 milyon əhalisi olan İsveçrədə silahlanma səviyyəsinin yüksək olduğu məlumdur. İsveçrədə yerləşən bir araşdırma qurumunun məlumatına görə, ölkə vətəndaşlarının təxminən 2,3 milyon silahı var.
İsveçrənin Valais bölgəsində baş verən silahlı hücumda polis hücumçunu tapmaq üçün yüksək hazırlıq vəziyyətində olduğu bildirilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal