Silahlı naməlum şəxs fabrikdə insanları girov götürdübackend

 Türkiyədə silahı olan naməlum şəxs fabrikdə insanları girov götürüb.

Habertürkün verdiyi məlumata görə Türkiyədə naməlum şəxs Procter&Gamble zavodunda girov götürülüb.

Hadisə İstanbulun şərqində, Kocaeli rayonunun Gebze kəndində baş verib. Yerli vaxtla saat 15:00 radələrində naməlum şəxs əlində tapança ilə Amerikanın P&G şirkətinə məxsus zavodun əsas binasına daxil olaraq insanları girov götürüb.

Şübhəlinin İsrailin Qəzza zolağındakı əməliyyatına etiraz etmək üçün fabrik işçilərini girov götürdüyü iddia edilir. Hazırda zavoda polisin xüsusi təyinatlıları gəlib. Kocaeli valisi Seddar Yavuz da məlumat almaq üçün bölgəyə gedib.

Bundan əvvəl Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbulda katolik kilsəsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 47 nəfərin saxlanıldığını bildirib. O əlavə edib ki, kilsəyə hücumda şübhəli bilinənlərdən ikisi əcnəbidir.

Mənbə: Lenta.Ru

Aynur Camal