Şimali Kipr Türk Respublikasının (ŞKTC) ev sahibliyi ilə “10-cu Beynəlxalq Təcili Tibbi Yardım və Daxili Xəstəliklər Konqresi və 4-cü Elmi Araşdırma və Profilaktik Tibb Konqresi” Limak Oteldə keçirilib.
“Yeni Gundem” xəbər verir ki, Kipr Türk Tibb Palatasının İdarə Heyətinin sədr müavini Faika Dənizin verdiyi yazılı açıqlamaya görə, Təcili Tibbi Yardım Mütəxəssisləri Dərnəyinin (ATUDER) təşkil etdiyi konqres səhiyyə naziri Hakan Dinçyürek, ATUDER prezidenti Başar Cander və Kipr Türk Tibb Palatasının sədri Ömer Taşargölün açılış nitqləri ilə başlayıb.
Səhiyyə Naziri Hakan Dinçyürek Təcili Tibbi Yardım, Daxili Xəstəliklər, Araşdırma və Profilaktik Təbabətin gündəmdə olduğu konqresdə ortaq məxrəcin insan sağlamlığı olduğunu ifadə edərək, əsas məqsədin insanları xəstələnməmişdən əvvəl qorumaq, müalicə imkanları təmin edərək xəstələri yaşatmaq olduğunu bildirib.
ATUDER prezidenti Prof. Dr. Başar Cander çıxışında konqresi Şimali Kipr Türk Cümhuriyyətində təşkil etməkdən məmnun olduğunu bildirib.
KTTO prezidenti Dr. Ömər Taşargöl çıxışında ATUDER ilə birlikdə həkimlərə bir çox uğurlu təlimlər verdiklərini və bundan sonra da davam edəcəklərini vurğuladı.
Açılışdan sonra təşkilatı təşkil edən dərnəklərin prezidentlərinə lövhələr təqdim olunub. Şimali Kipr Türk Respublikası həkimlərinin də qatıldığı konqres 23-26 noyabr tarixləri arasında keçirilib.