Şimali Koreya lideri Kim Çen In ordusuna ABŞ-ın hərəkətlərinə qarşı müharibə hazırlığını sürətləndirməyi əmr edib.
Şimali Koreya dövlət mediasının bu gün verdiyi bəyanatda, Şimali Koreya lideri Kim Çen Inın orduya, hərbi sursat sənayesinə və nüvə silahı sənayesinə “ABŞ-ın görünməmiş qarşıdurma hərəkətlərinə” qarşı çıxmaq üçün müharibə hazırlıqlarını sürətləndirməyi əmr etdiyi açıqlanıb.
Koreya İşçi Partiyasının Baş Assambleyasının iclasında yeni il üçün siyasət istiqamətləri barədə danışarkən Kimin “anti-imperialist, müstəqil ölkələr”lə də strateji əməkdaşlığı genişləndirəcəyi bildirilib.
Görüşdə Kimin iqtisadi hədəflərə də toxunduğu qeyd edilərkən, Şimali Koreya liderinin 2024-cü ili ölkənin 5 illik inkişaf planını reallaşdırmaq üçün “həlledici il” olaraq xarakterizə etdiyi bildirilib. Kimin kənd təsərrüfatı istehsalının yüksək səviyyədə sabitləşdirilməsinə çağırdığı da bildirilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal