Şimali Koreyadan ABŞ-a nüvə təhlükəsibackend

Dünya təşvişə düşüb!  Lazım gələrsə, zərbə endirəcəyik

Şimali Koreyadan ABŞ-a nüvə bombası təhdidi!

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Şimali Koreya prezidenti Kim Yonq, lazım gələrsə, ABŞ-a qarşı nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini açıqlayıb. Bu bəyanat ötən gün keçirilən ballistik raket sınaqlarından sonra verilib. Digər tərəfdən Şimali Koreya raket sınaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını pisləyib.

“Şimali Koreya Sakit Okean üzərində qitələrarası ballistik raket sınaqlarını sürətini azaltmadan davam etdirir.”

Bu yaxınlarda Şimali Koreyanın qitələrarası ballistik raket sınağında iştirak edən prezident Kim Çen In ABŞ-ı hədələməkdən çəkinməyib.

Şimali Koreya lideri Kim Çen In nüvə silahı ilə təxribata məruz qalacağı təqdirdə ABŞ-a nüvə hücumu etməkdən çəkinməyəcəyini vurğulayıb, dövlət mediası bildirib.

Kim Çen Inın bəyanatından dərhal sonra ABŞ, Yaponiya və Cənubi Koreya bəyanat yayıb. Bəyanatda Şimali Koreya administrasiyası “təxribatları dayandırmağa və ilkin şərt olmadan substantiv dialoq qurmağa” çağırılıb. Bu bəyanat Vaşinqton administrasiyasının Şimali Koreya ilə mümkün münaqişə vəziyyətində nüvə silahından istifadəni müzakirə etdiyi görüşdən sonra verilib.

Mənbə: Ahaber

Aynur Camal