ABŞ-ın Minuteman III adlı qitələrarası ballistik raketini sınaqdan keçirməsi Şimali Koreyanı qəzəbləndirib.
Şimali Koreya “ehtiyatsız” təxribatlara “sürətli, böyük və qətiyyətlə” cavab verəcəyini açıqlayıb.
Açıqlamada həmçinin sınağın uğursuz olduğu xatırladılıb. Dünyadakı hərbi qarşıdurmalar fonunda ABŞ-ın nüvə silahı yığımının artdığı iddia edilən açıqlamada, “Bu, nüvə silahının faktiki istifadəsi ilə hərbi üstünlüyə nail olmağı hədəfləyən təhlükəli plandan başqa bir şəkildə şərh edilə bilməz” deyib.
Bəyanatda ABŞ və Cənubi Koreyanın Pxenyana qarşı atdığı hərbi addımlar “Koreya yarımadasında hərbi gərginliyi birtərəfli şəkildə artıran son dərəcə təxribatçı, ehtiyatsız və düşməncəsinə hərəkətlər” olaraq xarakterizə edilib. Bəyanatda Şimali Koreya ordusunun ölkənin suverenliyinə, təhlükəsizliyinə və maraqlarına qarşı istənilən düşmən təhdidinə qarşı durmağa hazır olduğu və Pxenyanın nüvə silahlarına qarşı hərbi əks-reaksiya mövqeyinin dəyişməyəcəyi qeyd edilib. Nüvə silah qüvvələrini daim gücləndirməyin Şimali Koreyanın özünü müdafiə etmək hüququ olduğu ifadə edilən bəyanatda, “Şimali Koreya ordusu, öz milli suverenliyini, ərazi bütövlüyünü və xalqının maraqlarını müdafiə etməkdə qərarlıdır”.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri noyabrın 1-də Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılış zamanı Minuteman III adlı qitələrarası ballistik raketi sınaqdan keçirib. Sınaq zamanı yaranan nasazlıq səbəbindən raketin Sakit Okean üzərində təhlükəsiz şəkildə məhv edildiyi açıqlanıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal