Ölkə administrasiyası daha əvvəl ABŞ-ın hərbi fəaliyyətini izləmək üçün iyunun 11-dək peyk buraxmağı planlaşdırdığını açıqlamışdı.
Səlahiyyətlilər bu gün baş verən qəzadan sonra ən qısa zamanda ikinci atış cəhdi edəcəklərini açıqladılar. Cənubi Koreyanın paytaxtı Seulda yanlış peyk buraxılması səbəbilə həyəcan təbili çalınarkən, Yaponiyanın Okinava sakinləri üçün də xəbərdarlıq edilib. Seulda həyəcan təlaşına səbəb olub. Şəhərdə hava hücumu xəbərdarlığı sirenləri səslənərkən, telefonlara göndərilən mesaj insanları evakuasiyaya hazırlaşmağa çağırıb. Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya rəsmiləri peyki buraxan raketin havada parçalanmış və ya radardan erkən itərək suya düşmüş ola biləcəyini, araşdırmaların davam etdiyini bildirib.