Şimali Koreyaya 200 top mərmisi atıldıbackend

Bütün gözlər Qəzza və Ukraynada olduğu bir vaxtda dünyanın başqa bir küncündə gərginlik artıb.

Belə ki, Koreya yarımadasında 200 top mərmisi atılıb, evakuasiya əmri verilib!

Şimali Koreyanın təxminən 200 artilleriya mərmisi atdığını açıqlayan Cənubi Koreya, Yeonpyeong və Baengnyeong adalarının boşaldılması əmrini verib. Regionda gərginlik 2010-cu ildən bəri heç vaxt bu qədər yüksək olmamışdı…

Məlumata görə, İsrailin Qəzza zolağına hücumları 3-cü ayına girərkən Rusiya ilə Ukrayna arasında 2 ilə yaxındır davam edən müharibə yeni ilin gəlişi ilə yenidən şiddətlənib.

Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın yerli vaxtla 09.00-11.00 arasında Yeonpyeong adasının şimalındakı Deungsan burnundan təxminən 200 artilleriya mərmisi atdığını açıqlayıb.

Şimali Koreyanın Koreya yarımadasında sülhü təhdid edən təxribatçı hərəkətlər etdiyinə diqqət çəkən nazirlik, “Şimali Koreyaya şiddətlə xəbərdar edirik ki, bu artan böhrana görə bütün məsuliyyəti yalnız o daşıyır və onlardan bu hərəkətləri dərhal dayandırmalarını şiddətlə tələb edirik. Ordumuz ABŞ ilə sıx koordinasiyadadır”.

AFP-yə danışan Cənubi Koreya rəsmiləri Yeonpyeong adasındakı mülki şəxslərin təxliyyə edilməsi əmrinin verildiyini bildiriblər. Səlahiyyətlilər evakuasiya əmrini “profilaktik tədbir” hesab etsə də, Baengnyeong adasının səlahiyyətliləri oxşar tədbirlər görüb.

Baengnyeong adasından bir səlahiyyətli, Cənubi Koreya ordusunun qısa müddət ərzində dəniz təlimi keçirəcəyi barədə məlumat aldığını ifadə edərək, “Hazırda təxliyyə elanları edirik” deyib.

Ada sakini Kim Jin-soo yerli YTN telekanalına deyib: “Əvvəlcə mən bunların öz ordumuz tərəfindən atılan artilleriya mərmiləri olduğunu düşündüm, lakin sonradan mənə dedilər ki, onları Şimali Koreya atıb”.

2010-cu ildə 4 NƏFƏR ÖLÜB

Şimali Koreya 2010-cu ilin noyabrında da Yeonpyeong adasına 170 artilleriya mərmisi atmışdı. Şimali Koreyanın Koreya Müharibəsindən sonra mülki əraziyə ilk hücumunda ikisi mülki şəxs olmaqla dörd nəfər həlak oldu.

Cənubi Koreya-ABŞ yaxınlaşması və Şimali Koreyanın nüvə addımlarından sonra iki ölkə arasında münasibətlər ən aşağı səviyyədə davam edir.

 Şimali Koreya lideri Kim Çen In bu yaxınlarda verdiyi açıqlamada ABŞ-ın manevrləri səbəbindən Koreya yarımadasında silahlı münaqişə təhlükəsinin sürətlə reallaşdığını bəyan edib və ABŞ və Cənubi Koreyanı məhv etmək üçün ən güclü vasitələrin səfərbər edilməsini əmr edib.

Şimali Koreyanın qarşısını almaq üçün Vaşinqton administrasiyası keçən ilin sonlarında Cənubi Koreyanın liman şəhəri Busanda nüvə enerjisi ilə işləyən sualtı qayıq yerləşdirib və Seul və Tokio təlimlərində uzaqmənzilli bombardmançı təyyarələr keçirib.

Şimali Koreya Vaşinqtonun Koreya yarımadasında birgə təlimlərdə B-52 bombardmançıları kimi strateji silahlardan istifadə etməsini “qəsdən və təxribat xarakterli addımlar” kimi xarakterizə edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal