Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edildibackend

Avstraliyanın Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək qərarı.

Avstraliya Şimali Koreyanın orbitə hərbi casus peyki çıxarmasını pisləyib və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb.

Avstraliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada ölkənin Şimali Koreyaya sanksiya tətbiqində ABŞ, Yaponiya və Cənubi Koreyaya qoşulmağa qərar verdiyi bildirilib.

 “Avstraliya Şimali Koreyanın noyabrın 21-də regionumuzda təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradan peyk buraxmasını pisləyir”, – bəyanatda deyilib.

Açıqlamada Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini pozduğu bildirilib və ölkəni Şuranın qərarlarına əməl etməyə çağırıb.

Qeyd olunub ki, Avstraliya Şimali Koreyanın kütləvi qırğın silahları və peyklər buraxması ilə əlaqəli 7 şəxs və təşkilata maliyyə sanksiyaları və səyahət qadağası tətbiq edəcək.

Mənbə: İLKHA

Aynur Camal