Sinan Oğandan dəstək istəyən Kılıçdaroğluna Azərbaycanla bağlı gözlənilməz sualbackend

Türkiyədə “ATA” ittifaqı ilə “Millət ittifaqı” arasında aparılan danışıqların detalları barədə diqqətçəkən fikirlər irəli sürülüb. Metbuat.az xəbər verir ki, bu barədə “ATA” ittifaqının namizədi Sinan Oğana yaxınlığı ilə bilinən türkiyəli jurnalist Gürbüz Ergen CNN türk-ə danışıb. O bildirib ki, Sinan Oğan adına Kılıçdaroğlu ilə görüşən Ümit Özdağ müxalifətin namizədinə bir sıra suallar verib. Ümit Özdağ Kılıçdaroğludan hakimiyyətə gələrsə CHP-nin ölkənin milli maraqları barədə mövqeyini soruşub. Jurnalist güman edir ki, Özdağ Kılıçdaroğludan Aralıq dənizi, İraq, Suriya və Liviya barədə planlarını soruşub. Gürbüz Ergen həmçinin bildirib ki, tərəflərin müzakirəsi zamanı ikinci Qarabağ müharibəsi zamanı CHP-nin bəzi yüksək rütbəli nümayəndələrinin Azərbaycan əleyhinə bəyanatları da gündəmə gəlib. Özdağ Kılıçdaroğludan CHP-nin Türkiyənin bəzi milli maraqlarına qarşı mövqeyinin səbəblərini soruşub.

Qeyd edək ki, Özdağ Kılıçdaroğlu ilə görüşəndə Sinan Oğan Prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gəlmişdi.