Sionist işğalçı rejim daha 40 fələstinlini həbs etdibackend

40 fələstinli işğal altındakı İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrində sionist işğalçı rejim tərəfindən saxlanılıb.

Fələstin Əsirlər Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Məhbusların İşləri Komitəsi tərəfindən verilən ortaq yazılı açıqlamada sionist rejimin işğal altındakı İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrinə basqınlar təşkil etdiyi bildirilib.

Bildirilib ki, sionist işğalçı rejimin qondarma əsgərləri basqınlar zamanı daha 40 fələstinlini əsir götürüblər.

Açıqlamada, basqınlar zamanı əsir götürülənlərin və yaxınlarının döyülmə və təhdidlərə məruz qaldığı, evlərinin də dağıdıldığı bildirilib.

 İşğalçıların şəhərlərdəki infrastrukturu dağıdıb, basqınlar zamanı fələstinlilərin maşınlarını və pullarını ələ keçirdikləri bildirilib.

Bəyanatda sionist rejimin Fələstin xalqına qarşı sistemli qisas əməliyyatlarına başladığı 7 oktyabrdan bəri əsir götürülən fələstinlilərin sayının 6 min 370 nəfərə yüksəldiyi bildirilib.

Mənbə: İLKHA

Aynur Camal