Sionist işğalçılar bir çox nöqtələrdən geri çəkildilərbackend

Qəzzə zolağının şimalında və şəhərin bəzi məntəqələrində irəliləyiş əldə etdiyini iddia edən sionist işğal rejiminin qondarma ordusu qarşılaşdığı müqavimətdən sonra bir çox məntəqələrdən geri çəkilməli olub.

Müqavimət qruplarının, xüsusilə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları və İslami Cihad Hərəkatı müqavimətçilərinin əməliyyatları sionist işğalçı rejimin qondarma ordusuna qarşı fasiləsiz olaraq davam edir.

İndiyədək yüzlərlə əsgərin ölümü və yaralanması ilə nəticələnən əməliyyatlar həyata keçirən müqavimət qrupları sionist işğalçıları bir çox nöqtələrdən dəf edib.

Sionist rejim Qəzza şəhərinin cənubundakı Əl-Hədra və Əz-Zeytun məhəllələrindən, əvvəllər işğal etdiklərini iddia edərək geri çəkilib.

İşğalçılar həmçinin Qəzza zolağının şimalındakı Cibaliya rayonundakı Əbu-Şərh qovşağından, Qəzza şəhərinin mərkəzindəki Əl-Saraya və Əl-Cəla küçəsindəki Dubayt qovşağından da geri çəkilməyə məcbur olublar.

Sionist rejimin maşınları da Tel əl-Heva bölgəsini tərk edib.

Söz mövzusu geri çəkilmələr Fələstin müqavimət qruplarının Qəzza şəhərinin cənubundakı Ən-Nəsr bölgəsi, Şifa xəstəxanası ətrafı, Es-Seraya bölgəsi və Es-Səbra bölgəsindəki əməliyyatlarından sonra həyata keçirilib.

Mənbə: İLKHA

Aynur Camal