Sionist rejim: Qəzza mühasirəyə alınıb, atəşkəs yoxdurbackend

Sionist işğal rejiminin qondarma ordusunun verdiyi bəyanatda Qəzza zolağının mühasirəsinin başa çatdığı və atəşkəsin müzakirə olunmadığı bildirilib.

“Yeni Gundem” xəbər verir ki, sionist işğalçı rejimin qondarma Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri Qəzza zolağının mühasirəsinin başa çatdığını bildirib.

Keçirdiyi mətbuat konfransında blokadada olan Qəzza zolağına edilən hücumlarla bağlı qiymətləndirmələr edən Həcəri atəşkəslə bağlı suala “atəşkəs variantı isə masada deyil” cavabını verib.

Mənbə: İLKHA

Aynur Camal