Sionist işğalçı rejimin mühasirədə olan Qəzza zolağında çörək sexini hədəfə aldığı hava hücumunda 20 fələstinli şəhid olub.Sionist rejimin Qəzzəyə hücumları 14-cü gündür ki, davam edir.
“Yeni Gundem” xəbər verir ki, əvvəllər bir çox çörəkxanalara hücum edən sionist rejim bu dəfə birbaşa Qəzzada bir çörək sexini hədəfə alıb.
Hava hücumunda 20 fələstinli şəhid olub, onlarla insan yaralanıb. Soba yararsız hala düşüb.
Mühasirəyə alınmış Qəzza hökumətinin media bürosunun verdiyi bəyanatda sionist rejimin qəsdən çörəkxanaları və onların ətrafını bombaladığı bildirilib.
Vurğulanıb ki, sionist rejim çörəkxanaları hədəfə almaqla mümkün qədər çox insan tələfatı vermək və regionda humanitar vəziyyəti daha da pisləşdirməyi hədəfləyir.
Sionist rejim bundan əvvəl Nuseyrat Qaçqınlar Düşərgəsindəki çörək sexini hədəfə almışdı.
Mənbə: İLKHA
Aynur Camal