Sionist işğalçı rejimin Qəzzəyə hücumları 11-ci gündə də şiddətlənməkdə davam edir.
“Yeni Gundem” xəbər verir ki, sionist işğal rejimi bu gecə də şəhəri intensiv şəkildə bombalamağa davam edib.
Qəzza zolağında əhalinin sıx məskunlaşdığı Nusayrat Qaçqınlar Düşərgəsi və şəhərin Misirə açılan yeganə qapısı olan Rəfah Sərhəd Qapısı sionist işğalçı rejim tərəfindən ikinci dəfə bombardman edilib.
Fələstin Səhiyyə Nazirliyi sionist işğalçı rejimin hücumlarında şəhid olanların sayının 2 min 778-ə yüksəldiyini və 10 mindən çox insanın yaralandığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada hücumlar səbəbiylə didərgin düşən fələstinlilərin sayının 1 milyona çatdığını açıqlayıb.
Bildirilib ki, Qəzza zolağında içməli suda ciddi böhran var və buna görə də insanlar təhlükəsiz sudan istifadə edirlər.
Qondarma sionist işğal rejiminin müdafiə naziri Yoav Gallant ABŞ dövlət katibi Antoni Blinkenin iştirak etdiyi müharibə kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib: “Bu müharibə uzun və baha başa gələcək, lakin biz qalib gələcəyik” – deyib.
Mənbə: İLKHA
Aynur Camal