“Sipark İnşaat” yaşıllıq ərazini, ağacları məhv etdiyin üçün barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Sipark İnşaat” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 253.3.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə, fiziki şəxslər 2200 manat miqdarında, vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir.
“Sipark İnşaat”ın işinə 15 aprel tarixində Bakı Appelyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Sipark Qrup”un rəhbəri, iş adamı Seymur İsayevdir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.