Şirvanda yeni STEAM mərkəzi yaradıldıbackend

“Yeni Gündəm” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında bildirib.

Nazir bu gün Şirvan şəhərindəki yeni yaradılan STEAM mərkəzinə tanışlıq səfəri etdiklərini açıqlayıb: “Mərkəz Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyində qurulsa da, Şirvan şəhəri və ətraf rayonların məktəbliləri də bu mərkəzdə təşkil olunacaq proqramlarda iştirak edə biləcəklər.

Hazırda STEAM layihəsi 147 ümumtəhsil məktəbində 25 mindən çox şagirdi birləşdirir. Ölkənin 10 müxtəlif bölgəsində bu miqyasda STEAM mərkəzlərin yaradılması planlaşdırılır. Ümumi təhsil pilləsində təhsilalanların bilik və bacarıqlarının dünyanın sürətlə dəyişən tələblərinə cavab verməsi və gələcək əmək fəaliyyətinə dair faydalı səriştələrin formalaşdırılması fəaliyyətimizin önəmli hissəsini təşkil edir”.