Misirin Milli Seçki Təşkilatı hazırkı prezident Əbdülfəttah əs-Sisinin yenidən prezident seçildiyini açıqlayıb.
Misirdə keçirilən prezident seçkilərinin qalibi Sisi olub.
Sisinin yeni dövrdə rekord həddə çatan inflyasiyaya nəzarət etmək, valyuta qıtlığını idarə etmək və İsrail ilə Fələstin arasında qarşıdurmaların yayılmasının qarşısını almaq üçün çalışacağı bildirilir.
Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursini 3 iyul 2013-cü ildə hərbi çevrilişlə devirən Misirin o zamankı Baş Qərargah rəisi və müdafiə naziri Əbdülfəttah əs-Sisi keçirilən seçkilərdə 97 faiz səslə prezident seçilib.
Xatırladaq ki, iştirakın kifayət qədər aşağı olduğu 2014-cü ildə, 2018-ci ildə isə ikinci prezident seçkilərində 97 faiz səslə hakimiyyətə gəlib.
Mənbə: hurriyyət.tr
Aynur Camal