Sistem nasazlığı səbəbindən bankdan milyonlarla dollar çıxarıldıbackend

Afrika ölkəsi Efiopiyada təəccüblü hadisə baş verib.

Sistem nasazlığı səbəbindən Efiopiya Kommersiya Bankından təxminən 40 milyon dollar çıxarıldığı öyrənildi. Bildirilib ki, pulun böyük hissəsi tələbələr tərəfindən çıxarılıb.

 Sistem nasazlığı səbəbindən Efiopiya Kommersiya Bankından təxminən 40 milyon dollar çıxarılıb.

Sistem nasazlığından sonra bankın əməliyyatları dondurması bir neçə saat çəkib.Ticarət Bankının prezidenti Abe Sano deyib: “Pulun böyük hissəsi tələbələr tərəfindən çıxarılıb”- deyib.

 Bank səhv etdi: Milyonlarla dollar çıxarıldı

Tələbələr hesablarında olandan daha çox nağd pul çıxara bildiklərini və xəbərləri mesajlaşma proqramları və telefon zəngləri vasitəsilə yaydıqlarını aşkar etdilər.

Bildirilib ki, universitet şəhərciyindəki bankomatlarda uzun növbələr yaranıb.

BBC-yə danışan bir tələbə polis şəhərciyinə gələnə qədər tələbələrin pullarını çəkməyə davam etdiyini söylədi. Pulun böyük hissəsini tələbələr çıxarıblar: Bankomatlarda uzun növbələr yaranıb.

Tələbə dostunun bankdan külli miqdarda pul çıxardığını dedikdə inanmadığını, lakin sonradan bankın telefon tətbiqindən istifadə edərək hesabında olmayan pulu köçürdüyünü bildirib.

Bankın çıxarılan vəsaitləri geri qaytarmaq cəhdinin indiyədək nə dərəcədə uğurlu olduğu məlum deyil.

Bildirilir ki, 82 il əvvəl yaradılan Efiopiya Kommersiya Bankında 38 milyondan çox adamın hesabı var.

Mənbə: EnSonHaber

Aynur Camal