Siyasi partiya sədrlərinin Zəngilana səfəri başa çatdıbackend

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun Zəngilan rayonuna səfəri başa çatıb.

“Yeni Gündəm”-in xəbərinə görə, onlar əvvəlcə Həkəri çayına balıq buraxılma mərasimində iştirak ediblər.

Partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev səfər iştirakçılarına Həkəri çayı və bu ərazilərin flora və faunası haqqında məlumat verib. Buraxılan balıq növləri barədə səfər iştirakçılarını məlumatlandırıb. O, Həkəri çayına 3 min balığın buraxıldığıni bildirib.

Sonra iştirakçılar “Böyük qayıdış”ın rəmzi olan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olublar. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev burada yaradılan şərait, o cümlədən “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verib.

Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət ediblər. Bununla da ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun Zəngilan rayonuna səfəri başa çatıb.