Siyasi partiyalara ayrılan vəsait 1 milyon artırıldıbackend

Gələn il Milli Məclisinin deputatların təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.

“Yeni Gündəm” xəbər verir ki, layihədə qeyd edilib ki, VI çağırış Milli Məclisin deputatlarının təmsil olduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.