Siyasi partiyaların təsisinə dair 20 il tələbi aradan qaldırılır, qeydiyyat üçün üzv tələbi 2 dəfə azaldılırbackend

Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.

Bundan başqa, qeydiyyat üçün üzv tələbi 2 dəfə azaldılır

Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub.