Siyavuş Novruzov Rövşən Əkbərovu müdafiə etdi: “Həbsxanada da otura bilərəm”backend

Milli Məclisin deputatı Siyavuş Novruzov həbsdə olan general-leytenant Rövşən Əkbərovu müdafiə edib.

“Yeni Gündəm”-in xəbərinə görə, S.Novruzov bildirib ki, həbs olunanlardan yalnız Rövşən Əkbərov haqqında müsbət fikir səsləndirə bilər.

“Rövşən döyüş yoldaşım olub. Milli Qəhrəmandır. O kişi həqiqətən döyüşüb. Gərək ədalətli danışaq” – deputat deyib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə S.Novruzova “Yəqin ki, bilirsiniz ki, Sizi hansı təhlükə gözləyir… Bir yerdə döyüşmüsünüz, bir yerdə də məhbus həyatı yaşayarsınız” cavabını verib.

S.Novruzov isə bildirib ki, harada olsa, fərqi yoxdur, oturaram: “Seyid, mən Əfqanıstanla Pakistanın sərhədindəki həbsxanada olmuşam. Mənim üçün həbsxananın əhəmiyyəti yoxdur, oturaram. Biz birinci Qarabağ müharibəsində döyüşmüşük, döyüş yoldaşını unutmaq olmaz. Rövşənin əməlinə qiyməti prokurorluq verir”.