Sizi daha cəlbedici edən 6 davranışbackend

Bəzən insanlarla ünsiyyət qurmaqda və sosial mühitə uyğunlaşmaqda çətinlik çəkirsinizsə, yeni şeylər sınamaqdan çəkinməyin. İnsanlarla ünsiyyətinizdə kiçik dəyişikliklər etməklə daha cəlbedici bir insan ola bilərsiniz. Etməli olduğunuz şey budur…

İnsanlara daha cəlbedici olmaq üçün xarici görünüşünüzü dəyişməyə ehtiyac yoxdur. Kiçik hərəkətlər böyük fərq yarada bilər. Budur, cəhd edə biləcəyiniz bəzi davranışlar…

1. İnsanların danışmasına icazə vermək

Kiminsə söhbətini kəsmək, mövzunu başqa istiqamətə yönəltmək hörmətsizlikdir. Kimsə danışanda ona cümləni bitirmək və fikirlərini ifadə etmək üçün vaxt verin.

2. Başqalarını xüsusi hiss etdirmək

Hər kəsin diqqət axtarışına cavab vermək mümkün deyil. Amma bəzən elə bilirsən ki, o insan özünü xüsusi hiss etdirməlidir. Belə vaxtlarda suallar verin və bütün diqqətinizi həmin insana verin.

3. Göz təması qurun

Söhbət əsnasında göz təmasından qaçmayın, hətta kiçik bir təbəssüm belə etməyin.

4. Problem nə olursa olsun, sakit olun.

Həddindən artıq emosionallıq və ciddilikdən çəkinin. Sakit qalmağa çalışın. Hər şeyi şəxsi qəbul etməyin. Mövzu sizi əsəbiləşdirsə belə, dərindən nəfəs alın və danışmağa başlayın.

5. Qüsurlarınızı bölüşməkdən qorxmayın

Çoxumuz zəif və ya həssas görünməmək üçün qüsurlarımızı gizlətməyə meylliyik. Bununla belə, nöqsanlarınızla nə qədər barışsanız və onları başqaları ilə, hətta kinayə ilə paylaşsanız, bir o qədər cəlbedici olacaqsınız.

6. Sükutu qəbul edin

Bəzən söhbət zamanı yöndəmsiz bir sükut yaranır. Unutmayın ki, susmaq düşündüyünüzdən qat-qat güclüdür. Səssizliyin gözəlliyi ondadır ki, düşünməyə vaxt verir.

Mənbə: Ntv.Tr

Aynur Camal