Slovakiyada ayı hücumu: 2 yaralıbackend

Slovakiyada şəhərə girən ayı küçədə iki nəfəri yaralayıb. Slovakiyanın Liptovski Mikulas şəhərinə enən ayı ətrafdakı insanlara hücum edib.

Ayı hücumunda 49 yaşlı qadın çiynindən, 72 yaşlı kişi isə başından yaralanıb. Xəbərdarlıq üzərinə hərəkətə keçən qruplar ayını tutaraq yenidən meşəyə buraxıblar.

Şəhərə enən ayı ətrafdakılar tərəfindən görünərkən, yol boyu qaçan ayının səkidə bir adama hücum etdiyi görülüb.

Slovakiyanın Ətraf Mühit Nazirliyi, Rumıniya ilə birlikdə ayıların nəsli kəsilmək təhlükəsi olmadığı üçün ov üçün qorunan növlər siyahısından çıxarılması təklifini növbəti Avropa İttifaqının (Aİ) Ətraf Mühit Nazirləri Şurasına təqdim edəcəyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal