Qatil onun daxili orqanları tapılıb, meyitin üzərində Britaniya pasportu olub.
Slovakiyanın paytaxtı Bratislava qan donduran qətllə sarsılıb. Sevgilisini öldürüb onun cansız bədənini parçalamaqda şübhəli bilinən aşpaz həbs olunarkən, hadisənin təfərrüatları hər kəsi şoka salıb. Yerli mətbuatın adının Patrisiya olduğunu bildirdiyi 48 yaşlı qadın sevgilisi ilə birlikdə yaşadığı mənzildə ölü tapılıb.
Bir müddətdir birlikdə yaşadığı sevgilisinin özünü öldürməklə hədələməsindən sonra bədbəxt qadın polisə zəng edərək kömək istəyib, lakin qruplar hadisə ilə bağlı nəticəyə gələndə artıq gec olub. Patrisiyanın cansız bədəni çarpayısında tapılıb.
Qətlin təfərrüatları ölkədə zəlzələ yaradıb. Slovakiya prezidenti Zuzana Çaputova qətli “iyrənc bir hərəkət” kimi pisləyib və sosial şəbəkədə verdiyi açıqlamada “Ölkəmizdə qadınlara qarşı bu cür faciəvi zorakılıq hallarının baş verməsi qəbuledilməzdir” deyib.
Qadının 47 yaşlı sevgilisi Jozef Hanuska hadisə yerindən qaçsa da, ertəsi gün o, həmin məhəllədəki anbarda gizlənərkən tapılıb və həbs edilib. Polis qadının cansız cəsədinin yatağında tapıldığını açıqlayıb. Zərərçəkənin döş qəfəsi açılıb, çarpayının yanında vedrədə daxili orqanları, evin içərisində ürəyi aşkarlanıb.
Polis cəsədin boynunda, yanağında və ombasında dərin kəsiklər olduğunu bildirib.
Qətllə bağlı diqqəti çəkən digər detal isə qatilin qadının cansız bədənini çarşafla örtməsi və vərəqin üzərinə Britaniya pasportu qoyması olub.
Qonşular polisə kişinin aşbaz, qadının isə ofisiant işlədiyini və cütlüyün tez-tez dava etdiyini bildiriblər. Qonşulardan biri günlərin birində kişinin “qadının başını qoparmaqla” hədələməsini eşitdiyini desə də, digəri evdən tez-tez qışqırıq səsləri eşitdiyini, kişinin ciddi spirtli içki problemi olduğunu deyib və soruşub: “Niyə onun daxili orqanlarını çıxartmaq istəyirdi?
Qətl xəbərini eşidəndən sonra yerli media çox diqqət çəkən başqa bir məlumat tapıb. Rəis Hanuskanın atası Ştefan Pantl da 1979-cu ildə bir məclisdə tanış olduğu iki qadını boğaraq öldürüb və bu səbəbdən ölümə məhkum edilib.
Hadisə o zaman böyük əks-səda doğurdu və adam “Bratislava qatili” adlandırıldı.
Mənbə: hurriyyət.tr
Aynur Camal