Smartfonlarda yeni dövrbackend

Samsung CES 2024 sərgisində “In&Out Flip” adlı yeni konseptual smartfonunu təqdim edib. Bu telefon 360 dərəcə bükülə bilən dizayna malikdir və həm ön, həm də arxa ekranlardan istifadə etmə qabiliyyəti ilə seçilir.  Samsung Las Veqasda keçirilən CES 2024 texnologiya sərgisində süni intellektdən robotlara və şəffaf televizorlara qədər bir çox məhsulunu təqdim edib. Şirkətin son elanı yeni qatlanan ekranlı smartfonun konsepti idi.

‘In&Out Flip’ adlı smartfon 360 dərəcə bükülə bilən cihaz kimi görünür. Qapalı şəkildə yığılan ənənəvi qatlanan qurğulardan fərqli olaraq, bu cihaz əlavə örtük ekranına ehtiyacı tamamilə aradan qaldırır, çünki onun əsas ekranı da xaricə qatlana bilir.

Samsung Display sözçüsü vurğulayıb ki, məhsulun həm ön, həm də arxası kənara qatlandıqda ekran kimi istifadə edilə bilər. O, “In&Out Flip, qatlana bilən məhsulların qalınlığına görə çubuq şəkilli smartfonlara üstünlük verən istehlakçılara yeni alternativ təklif edə biləcək texnologiyadır” deyib.

Samsung həmçinin In&Out Flip-in davamlılığı haqqında məlumat verdi. O, panelin -20 dərəcə Selsi ilə -60 dərəcə Selsi arasındakı həddindən artıq temperaturda qatlama testlərinə məruz qaldığını söyləyib. Şirkət həmçinin qeyd edib ki, ekranın dayanıqlığını üzərinə basketbol toplarını sıçrayaraq, qumla ovuşduraraq və suya batıraraq sınaqdan keçirib.

Samsung həmçinin CES 2024 sərgisində digər qatlana bilən və yuvarlana bilən displey konseptlərini də nümayiş etdirir. Bunlardan biri Rollable Flex adlı cihazdır ki, açıldıqda orijinal ölçüsündən beş dəfəyə qədər böyüyə bilir. Şirkət həmçinin qatlana bilən və sürüşə bilən Flex Hybrid adlı cihazı təqdim edib.

Mənbə: TGRT

Aynur Camal