Soda möcüzəsi!backend

Yeməkdən təmizliyə qədər bir çox sahədə istifadə edilən və hər kəsin asanlıqla əldə edə biləcəyi sodanın faydaları həyatınızı asanlaşdıracaq.

Faydalarından biri də dəriyə qulluq etməsi və təmizləməsidir. Natriumla zəngin olduğu üçün kosmetika və şəxsi qulluqda istifadə tezliyi artıb.

Ağcaqanadların və digər həşəratların dişləmələri zamanı sözügedən bu çörək sodasını su ilə qarışdırın və dişlənmiş yerə çəkin. 10 dəqiqə buraxın və sonra həmin yeri soyuq su ilə təmizləyin. Dişləmənin ağrısı dərhal keçəcək!

Tutaq ki, siz alış-verişə getmisiniz və ya uzun müddət gəzmisiniz. 3-4 çay qaşığı soda ilə 2,5 litr su qarışdırın və ayaqlarınızı suda isladın. İnanın masaj kresloları qədər təsirli olacaq.

Çörək soda yalnız ayaq masajı üçün faydalı deyil. Ayaqqabılarınızdakı pis qoxuları da yox edir. Ayaqqabılarınıza soda tökün və oturmasına icazə verin. Ertəsi gün qoxunun itdiyini görəcəksiniz.

Bişməyən bərk lobya, mərcimək və bamya kimi digər tərəvəzlərə bir neçə çay qaşığı soda əlavə edin. Onların yumşaldığını görəcəksiniz.

Soyuducunuz pis qoxuyur? Kiçik bir qabı soda ilə doldurun və soyuducunuzda açıq saxlayın. Pis qoxuların yox olduğunu hiss edəcəksiniz.

Yay aylarında vazkeçilməz olan soyuq içkilər tez təravətini itirir. Soyuq suya bir az şəkər, limon suyu və yarım çay qaşığı soda əlavə edin. Soda limondakı turşunu karbon turşusuna çevirəcək. Hər bir maddə kimi sobanı da az miqdarda istehlak edildikdə zərərsizdir. Gündə bir çay qaşığından çox soda istehlak etmək olmaz.

Bişinti üçün olan soda mədə yanmasının qarşısını almaqda ən vacib köməkçinizdir. Bir stəkan su ilə bir çay qaşığı soda qarışdırın və için. Görəcəksən ki, nə ürək yanması, nə də şişkinlik qalmayacaq.

Bir az nəmlənmiş pambığın üzərinə soda səpin. Təbii dezodorant olaraq uzun müddət pis qoxuları yox edəcək.

Ağzından xoşagəlməz qoxu olanlara şad xəbər! Bir çay qaşığı soda ilə ilıq su qarışdırın və qarqara edin. Pis qoxu dərhal yox olacaq.

Evdəki balaca dostlarımız da çörək sodasından faydalana bilər. Pişik zibilinə bir az  soda əlavə etmək zibildəki pis qoxunu aradan qaldıracaq.

Həmçinin bir az sirkə ilə qarışdırıldıqda, çörək soda da ləkələri təmizləməyə kömək edir. Lavabonuzu tıxandıqdan sonra üzərinə bir az sirkə və bir az çörək soda tökün. Lavabonuzdakı ləkələrin yox olduğunu görəcəksiniz.

Qaşıq və çəngəl kimi gümüş əşyalarınızı qaynar suda isladın. Alüminium folqa parçaları və bir neçə çay qaşığı soda əlavə edin. Soyuq su ilə yuyulduqdan sonra yaxşıca qurudun.

Yeyinti istifadə edilən bu sodanın nə qədər təsirli olduğuna hələ də inanmırsınızsa, bunu sınayın. Dişlərinizi soda ilə fırçalaya bilərsiniz. Soda ağzınızdakı aşındırıcı turşuları neytrallaşdırır. Həqiqətən heyrətamiz!

Çiçəkləriniz də bunu etdiyiniz üçün sizə hərfi mənada təşəkkür edəcək. Sodanı su ilə qarışdırın və torpağa tökün. Hətta siz nəticələrə inanmayacaqsınız.

Sizin biftek çox sərtdir? Üzərinə soda tökün və bir neçə saat buraxın. Sonra doğrayıb bişirə bilərsiniz. Nə qədər yumşaq olduğuna inanmayacaqsınız.

Qabyuyan maşınınızın maye yuyucu hissəsinə çörək soda əlavə edin. Təbii ki, qabyuyan maşınınız boş olduqda bunu etməlisiniz.

Həmçinin mətbəxmizdə bir çox əşyalarla yanaşı sobaları soda ilə təmizləyə bilərsiniz. Bir qədər sodasını su ilə qarışdırın və çirkli yeri yumşaq süngərlə təmizləyin. Nəticələri yalnız öz gözlərinizlə gördükdə inana bilərsiniz.

Mənbə: Ahaber

Aynur Camal