Qəzzə hökumətinin Media İdarəsinin verdiyi bəyanatda oktyabrın 7-dən bu yana 8 mindən çox uşağın sionist işğalçı rejimin hücumlarında şəhid olduğu bildirilib.
Sionist işğalçı rejimin qondarma ordusunun Qəzzə zolağına qarşı qırğın və soyqırımı 68-ci günündə də davam edir.
Qəzzə hökumətinin Media Ofisindən verilən yazılı açıqlamada, oktyabrın 7-dən bu yana Qəzzada sionist işğalçı rejimin hücumlarında ən azı 8 min uşağın qətlə yetirildiyi bildirilib.
Hücumlarda 6 min 200-ü qadın olmaqla 18 min 412 nəfərin şəhid olduğu, ən azı 50 min nəfərin isə yaralandığı bildirilib.
Bombardman nəticəsində dağılan ev və binaların altında təxminən 8 min insanın olduğu bildirilib.
Bildirilib ki, uşaqların öldürülməsi və şikəst edilməsi, məktəblərə və ya xəstəxanalara hücumlar, uşaqların humanitar yardıma çatmasının qarşısının alınması müharibə cinayətləridir.
Bildirilib ki, Qəzza zolağında uşaqların 91 faizindən çoxu bir növ travma keçirib.
Mənbə: İLKHA
Aynur Camal