Son 24 saat ərzində 11 hərbi məntəqəyə hücum edildibackend

Hizbullah Livanın cənubundan İsrailə qarşı hücumları ilə bağlı açıqlama verib. Açıqlamada sərhəd xəttində yerləşən Ramim, Merc, Baruk, Mitan, Cerdah, Zirit, Ştula, Hale Verde, Cel el Alem və Bayda Blida İsrail hərbi məntəqələrinin “uyğun silahlarla” vurulduğu bildirilib.

Er-Rahib hərbi məntəqəsinə edilən hücumda ən az 2 İsrail əsgərinin həlak olduğu da qeyd edilib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrailin Livanın cənubundakı bölgələrə döyüş təyyarələri ilə sıx hücumlar təşkil etdiyi qeyd edilib.

Bildirilib ki, İsrail döyüş təyyarələri Livanın Ramya, Zibkin və Beyt Lif qəsəbələrinə hava zərbələri endirib.

Hücumda can itkisinin olmadığı bildirilib. İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana gedən qarşıdurmalarda 93 Hizbullah üzvü, 1 Livan əsgəri və 6 İsrail əsgəri həlak olub.

Toqquşmalar həmçinin Livanda 3-ü uşaq və 3-ü jurnalist olmaqla 23 mülki şəxsin, İsraildə isə 5 mülki şəxsin ölümünə səbəb olub.

Mənbə: TGRT

Aynur Camal